Yuxarı

Ukrayna prezidenti XİN-ə Putin, Merkel və Ollandla əlaqə yaratmağı tapşırıb

Ukrayna prezidenti ölkənin ordu bölmələrinin Krımla sərhəddə və Donbassda döyüş hazırlığına gətirilməsinə təlimat verib

Bakı. 11 avqust. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Xarici İşlər Nazirliyinə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland, Avropa Şurası prezidenti Donald Tusk və ABŞ vitse-prezidenti Co Baydenlə əlaqə yaratmağı tapşırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, P.Poroşenko həmçinin ölkənin ordu bölmələrinin Krımla sərhəddə və Donbassda yüksək döyüş hazırlığına gətirilməsinə təlimat verib. Bəyanata görə, bu qərar Rusiya Federasiyasının işğal olunmuş Krımda təxribat xarakterli əməlləri ilə bağlıdır.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişənin yeni qığılcımı çərşənbə günü Rusiya FTX-nin Krımda terror hücumunun qarşısının alınması ilə bağlı bəyanatından sonra alovlanıb. Rusiya tərəfi terror aktının hazırlanmasına görə Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib, o cümlədən Zaporojye vilayəti sakininin saxlanıldığını bildirib. FTX saxlanılan şəxsin Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu iddia edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi