Yuxarı

Poroşenko Ukraynanın şərqində həlak olan insanların sayını açıqladı

Bu qanli statistika hər keçən gün daha da qabarır

Bakı. 7 fevral. REPORT.AZ/ Münhendə keçirilən 51-ci Təhlükəsizlik konfransında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko, ölkəsinin şərq regionlarında davam edən döyüşlər zamanı 1432 ukraynalı əsqərin həlak olduğunu, ən azı 5600 dinc sakinin də öldürüldüyünü deyib.

"Bu qanlı statistika hər keçən gün daha da qabarır", - deyən Poroşenko, rəsmi Kiyevin daha əvvəl Minskdə imzalanan razılaşmaların bütün müddəalarına riayət etməyə hazır olduğunu vurğulayıb.

"Biz Minsk Memorandumunun heç bor maddəsini pozmadıq və hücuma keçmədik. Hesab edirəm ki, ancaq bu sənəd sülh prosesinin təməlini təşkil edə bilər", deyə Ukrayna prezidenti bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi