Yuxarı

Poroşenko: Ukraynanın Rusiyadan enerji asılılığı 2 il sonra bitəcək

Bu məqsədə nail olmaq üçün isə qərb investorlarının köməyinə ehtiyacımız var

BAKI. 20 yanvar. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin Rusiyadan enerji asılılığı iki ildən sonra bitəcək.

"Report" Korrespondent.net saytına istinadən xəbər verir ki, İsveçrənin şimal-şərqində yerləşən Sürix şəhərindəki universitetdə çıxış edən P.Poroşenko bildirib ki, Avropa ve ABŞ-dan olan investorların dəstəyi hesabına Ukrayna Rusiyadan qaz ixracını dayandıra bilər.

"Əminəm ki, iki ildən sonra rusların qazı bizə lazım olmayacaq. Bu məqsədə nail olmaq üçün isə qərb investorlarının köməyinə ehtiyacımız var", deyə Poroşenko vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi