Poroşenko: "Ukrayna müharibə vəziyyətindədir"

Poroşenko: "Ukrayna müharibə vəziyyətindədir" Ukrayna prezidenti Rusiyanın genişmiqyaslı müdaxiləsini istisna etməyib
Digər ölkələr
16 Oktyabr , 2016 02:42
Poroşenko: Ukrayna müharibə vəziyyətindədir

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Ölkə müharibə vəziyyətindədir".

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Xarkovda olan Ukrayna prezidenti Petr Poroşenko deyib.

Dövlət başçısı bildirib ki, ölkənin şərqində döyüşlət intensiv xarakter alır. "Vurğulamaq istəyirəm ki, müharibə gedir. Dövlətimizin müdafiə və qorunması təkcə silahlı qüvvələrin işi deyil. Bu, bütün Ukrayna xalqının, cəmiyyətinin və hökumətinin işidir" – deyə prezident vurğulayıb.

Prezidentin sözlərinə görə, hər bir ukraynaı ölkənin azadlığını, demokratiyanı, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün maksimum çalışmalıdır.

«Rusiyanın genişmiqyaslı müdaxiləsi halında, hansını ki, biz, istisna etmirik, ləyaqətli cavabı verməyə hazırıq", - deyə Poroşenko əminliklə vurğulayıb.

Son xəbərlər

Orphus sistemi