Poroşenko Ukrayna ərazisində hərbi vəziyyətin tətbiq olunması barədə qərar qəbul edib

Poroşenko Ukrayna ərazisində hərbi vəziyyətin tətbiq olunması barədə qərar qəbul edib Bakı. 26 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.
Digər ölkələr
1428
26 Noyabr , 2018 03:07
Poroşenko Ukrayna ərazisində hərbi vəziyyətin tətbiq olunması barədə qərar qəbul edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.

"Report" "112 Ukrayna"ya istinadən xəbər verir ki, bu haqda o, Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.

Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti bəyənmək xahişi ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim əhalinin təcili səfərbərliyini bildirmir, yalnız hərbi mükəlləfiyyətlilərin hazırlığına aiddir.

Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil.

Daha əvvəl Ukraynanın Hərbi Dəniz Qüvvələrləri Rusiyanı gəmi qrupuna atəş açmaqda ittiham edib.

Son xəbərlər

Orphus sistemi