Poroşenko: "Trampın Rusiya ilə sövdələşməsinə inanmıram"

Poroşenko: "Trampın Rusiya ilə sövdələşməsinə inanmıram" "O, (Rusiya) xüsusi münasibəti olan prezidentə oxşamır" – deyə Ukrayna lideri bildirib
Digər ölkələr
21 İyun , 2017 08:53
Poroşenko: Trampın Rusiya ilə sövdələşməsinə inanmıram
Flashnord.com

Bakı. 21 iyun. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenko ABŞ prezidenti Donald Trampın Rusiya ilə sövdələşməsinə inanmadığını deyib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı "Fox News" telekanalına müsahibəsində bəyan edib.

"O, (Rusiya – "Report") xüsusi münasibəti olan prezidentə oxşamır" – deyə Ukrayna lideri bildirib.

Bununla yanaşı, Poroşenko Trampın Ukraynadakı hərbi münaqişəni nizamlamağa kömək edəcəyinə inamını ifadə edib.

Bir gün əvvəl Poroşenko Vaşinqtonda ABŞ prezidenti Donald Trampla və vitse-prezident Mayk Penslə lanışıqlar aparıb. 

Son xəbərlər

Orphus sistemi