Poroşenko "Rusiya təhlükəsinə qarşı" fərman imzalayıb

Poroşenko "Rusiya təhlükəsinə qarşı" fərman imzalayıb "Ukrayna höküməti Rusiyanın yerli və xarici mediyadan istifadə etməklə həyata keçirdiyi informasiya təcavüzünü dayandırmalıdır"
Digər ölkələr
21 Fevral , 2015 03:28
Poroşenko Rusiya təhlükəsinə qarşı fərman imzalayıb

Bakı. 21 Fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının daha əvvək qəbul etdiyi "Rusiya təhlükəsinə və Rusiya Federasiyasının dəstəklədiyi terrorçuluq hallarına qarşı tədbirlərin görülməsi haqda" qərarı həyata keçirmək məqsədilə fərman imzalayıb.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, Fərmanda Ukrayna Nazirlər Kabinetinə tapşırılır ki, "Rusiyanın Ukraynaya qarşı yerli və xarici mediadan istifadə etməklə həyata keçirdiyi informasiya təcavüzü" dayandırsın.

Son xəbərlər

Orphus sistemi