“Normandiya dördlüyü” Ukraynada sülhməramlıların yerləşdiriməsi məsələsini müzakirə edəcək

“Normandiya dördlüyü” Ukraynada sülhməramlıların yerləşdiriməsi məsələsini müzakirə edəcək Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib
Digər ölkələr
5 Aprel , 2015 01:51
“Normandiya dördlüyü” Ukraynada sülhməramlıların yerləşdiriməsi məsələsini müzakirə edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ “Normandiya dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) xarici işlər nazirlərinin növbəti görüşü zamanı Ukraynanın şərqində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi mövzusu müzakirə olunacaq. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Kiyevin sülhməramlı qüvvələrlə bağlı təklifi ilkin mərhələdə xarici liderlər tərəfindən dəstəklənməyib. Çünkü bu məsələ Minsk razılaşmalarında nəzərdə tutulmamışdı. Lakin Ukrayna diplomatiyasının aktiv səyləri nəticəsində dünya ictimaiyyətinin mövzu ilə bağlı mövqeyi dəyişib.

"Sülhməramlılar atəşkəs bölgəsi ilə yanaşı Ukrayna-Rusiya sərhədində də yerləşdirilməlidir. Razılaşmaların həyata keçirilməsinə isə ATƏT nəzarət edməlidir", - deyə Poroşenko vurğulayıb.

Qeyd edək ki, Ukrayna, Rusiya, Fransa və Almaniya XİN başçılarının növbəti görüşünin dəqiq vaxtı hələlik məlum deyil. 

Son dəfə belə bir görüş fevralın 24-də Parisdə baş tutmuşdu.

Son xəbərlər

Orphus sistemi