Yuxarı

​Poroşenko: "Mən Rusiya ilə müharibəyə nifrət edirəm"

Lakin bir Ali Baş Komandan kimi Ukraynanı qorumağa borcluyam

Bakı. 11 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin "TRT World" telekanalına müsahibəsində bildirib ki, ona Rusiya ilə müharibə etmək xoş deyil, lakin bir Ali Baş Komandan kimi onun Ukraynanı qorumaq öhdəliyi var.

"Report" xəbər verir ki, bu barədə Poroşenkonun mətbuat xidməti "twitter" səhifəsində yazıb.

"Mən Rusiya ilə müharibəyə nifrət edirəm. Lakin bir Ali Baş Komandan kimi Ukraynanı qorumağa borcluyam", — deyə o bildirib.

Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Minsk razılaşmasının atəşin dayandırılması və ağır texnikanın geri çəkilməsi hissələrinə əməl etmir.

Onun sözlərinə görə, Rusiyanın təcavüzü "ukraynalıların Avropaya meyillənməsinə təkan verib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi