Poroşenko Donbasla Qarabağı müqayisə etdi

Poroşenko Donbasla Qarabağı müqayisə etdi Ukrayna prezidenti BMT-də çıxış edib
Digər ölkələr
29 Sentyabr , 2015 21:57
Poroşenko Donbasla Qarabağı müqayisə etdi

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Donbas regionunda baş verən silahlı münaqişəni vətəndaş müharibəsi adlandırmaq olmaz.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-də çıxış edən Poroşenko bildirib ki, ölkədə “daxili münaqişə” yaşanır.

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynada nəzarət etdiyi ərazilərin həcmi 44 min kvadrat kilometr təşkil edir. 

“Şübhəsiz, Ukraynaya qarşı müharibə aparılır. Qonşu dövlətlərə təsir imkanlarını saxlamaq məqsədi ilə Rusiya uzun illər boyunca öz ətrafında “gərginlik zolağı” yaradmağa çalışdı. Dağlıq Qarabağı, Dnestryanı bölgəni, Abxaziyanı, Cənubi Osetiyanı, Krımı və Donbası buna misal gətirmək olar”, - deyə Ukrayna prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi