Yuxarı
    Bağlamaq

    Poroşenko Donbasın xüsusi statusu haqda qanunu imzaladı

    Luqansk və Donetsk vilayələrinin bir hissəsi işğal edilmiş ərazi elan edildi

    Bakı. 19 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın ciddi etirazına səbəb olan "Donbasın bəzi rayonlarına xüsusi statusun verilməsinə dair" qanunu imzaladı.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, sənədə əsasən, Luqansk və Donetsk vilayələrinin bir hissəsi "işğal edilmiş ərazi" elan edilir, və bu ərazilərdə seçkilərin keçirilməsi döyüşlərin tamamilə dayandırılması şərtinə bağlanır.

    Ötən gün bu qanunu Ali Radanın spikeri Vladimir Qroysman təstiq etmişdi.

    Qeyd edək ki, rəsmi Moskva sözü gedən qanunu Minsk razılaşmalarına qarşı addım elan etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi