Yuxarı

Poroşenko dekabrın 9-nu cəbhədə "sükut günü" elan edir

Birtərəfli atəşkəs barədə qərar prezidentin güc stsrukturlarının rəhbərləri ilə görüşündə qəbul olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko dekabrın 9-unda Ukrayna ordusunun atəşkəs xətti boyunca atəşi dayandıracağını bəyan edib.

"Report" Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, birtərəfli atəşkəs barədə qərar prezidentin güc strukturlarının rəhbərləri ilə görüşündə qəbul edilib.

Ukryana prezidentinin ofisindən adı çəkilməyən mənbə Frans Press agentliyinə deyib ki, rusiyapərəst separatçılar Minsk sazişinə əməl etsələr Ukrayna ordusu dekabrın 10-dan ağır silahlarını geri çəkə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi