Yuxarı

Poroşenko ABŞ-da xəstələnib

“Bu görüşə 38.5 dərəcə qızdırma ilə gəlmişəm.

Bakı. 30 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 70-ci iclasında iştirak etmək məqsədi ilə ABŞ-a gedən Ukrayna prezidenti Pyotr Poroşenko xəstələnib.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkdaki Kolumbiya Universitetinin tələbələri ilə görüşə gələn Poroşenko son dörd gün ərzində soyuqdəymədən əziyyət çəkdiyini etiraf edib.

“Bu görüşə də 38.5 dərəcə qızdırma ilə gəlmişəm. Ancaq hesab edirəm ki, indi sizinlə birlikdə olmalıyam. Çünkü gələcəyin dünya liderləri ilə görüş mənim üçün vacibdir”, - deyə Ukrayna lideri əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi