Pompeo Qətər və Əfqanıstanda səfərdə olub

Pompeo Qətər və Əfqanıstanda səfərdə olub ABŞ Dövlət katibi Mayk Pompeo Əfqanıstanda sülhü bərpa etmək üçün Qətər və Əfqanıstanda səfərdə olub.
Digər ölkələr
2 Yanvar , 2021 22:15
Pompeo Qətər və Əfqanıstanda səfərdə olub
Mayk Pompeo

ABŞ Dövlət katibi Mayk Pompeo Əfqanıstanda sülhü bərpa etmək üçün Qətər və Əfqanıstanda səfərdə olub.

“Report”un məlumatına görə, səfərin dəqiq tarixləri açıqlanmayıb.

Pompeo Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Taniyə, Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qani və baş nazir Abdullah Abdullaha təşəkkür edib.

“Əfqanlar nəhayət öz aralarında sülhü müzakirə edirlər. Nə qədər inanılmaz bir irəliləyiş” - Pompeo tvitterdəki səhifəsində yazıb.

Qeyd edək ki, ötən ilin 12 sentyabr tarixində Əfqanıstan hökumətinin nümayəndə heyəti Qətərin paytaxtı Dohada radikal “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlar aparıb. Daha sonra danışıqlar 12 dekabrdan 5 yanvar tarixinə qədər təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi