Pompeo Qazaxıstanda ticarət və investisiya məsələlərini müzakirə edəcək

Pompeo Qazaxıstanda ticarət və investisiya məsələlərini müzakirə edəcək ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qazaxıstana səfəri zamanı ticarət və investisiya məsələlərini müzakirə etmək niyyətindədir.
Digər ölkələr
2 Fevral , 2020 08:34
Pompeo Qazaxıstanda ticarət və investisiya məsələlərini müzakirə edəcək

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qazaxıstana səfəri zamanı ticarət və investisiya məsələlərini müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə diplomat özünün “Twitter” səhifəsində yazıb.

“ABŞ və Qazaxıstan arasında sülh, inkişaf və təhlükəsizlik mövzusunda ortaq maraqlara söykənən strateji əlaqələrin əhəmiyyətini bir daha təsdiqləmək üçün Nur Sultanı ziyarət etməkdən məmnunam. Ticarət, investisiya və ölkələrimizin rifahının yaxşılaşdırılmasına yönəlmiş məsələləri müzakirə edəcəyik”.

Bu gün ABŞ-ın Dövlət katibi Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəlikdə duran məsələlər müzakirə ediləcək.

Mayk Pompeonun həmçinin dövlət başçısı Kassym-Jomart Tokaev və ilk prezident Nursultan Nazarbayevlə də görüşü nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi