Pompeo Netanyahu ilə İran və İraqdakı vəziyyəti müzakirə edib

Pompeo Netanyahu ilə İran və İraqdakı vəziyyəti müzakirə edib ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
Digər ölkələr
5 Yanvar , 2020 02:38
Pompeo Netanyahu ilə İran və İraqdakı vəziyyəti müzakirə edib

ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun yazılı açıqlamasında deyilir.

Qeyd edilir ki, ABŞ-ın dövlət katibi telefon söhbətində İraqdakı mövcud vəziyyətə toxunub. Maykl Pompeo həmçinin İranın regiondakı hərəkətlərindən danışıb.

"Pompeo Netanyahu ilə İraqdakı vəziyyəti, həmçinin “İran tərəfindən regionda davam edən təxribatları və təhlükələri” müzakirə edib. Dövlət katibi ABŞ prezidenti Donald Tramp administrasiyasının Birləşmiş Ştatlarıın maraqlarını, hərbi qulluqçuları, obyektləri və partnyorları müdafiə etmək qətiyyətini vurğulayıb", - diplomat qeyd edib. 

Son xəbərlər

Orphus sistemi