Pompeo: “ABŞ İranla nüvə proqramına dair iş planına qayıtmayacaq”

Pompeo: “ABŞ İranla nüvə proqramına dair iş planına qayıtmayacaq” Rəsmi Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli iş Planına qayıtmağa hazırlaşmır, ancaq silah satışı embarqosundan sonra silahlanmalara yol verməmək niyyətindədir.
Digər ölkələr
30 Aprel , 2020 08:35
Pompeo: “ABŞ İranla nüvə proqramına dair iş planına qayıtmayacaq”
Maykl Pompeo / Maykl Pompeo

Rəsmi Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli iş Planına qayıtmağa hazırlaşmır, ancaq silah satışı embarqosundan sonra silahlanmalara yol verməmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalının efirində ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

"2020-ci ilin oktyabrında İranla nüvə sazişinin şərtlərinə əsasən istənilən dövlət silahların adi növlərini İranın İslam Respublikasına sata bilərdi. Biz buna görə sazişdən çıxdıq. İndi bizim vəzifəmiz bu silahın satışına yol verməməkdən ibarətdir. Biz britaniyalı və fransız partnyorlarımızla işləyirik", - ABŞ rəsmisi deyib.

Pompeo güman edir ki, Vaşinqtonun müttəfiqləri İrana silah satışına yol verilməməsi ilə razıdır. "Ümid edirəm ki, rusiyalılar və çinlilər də həmçinin buna baxacaqlar", - o əlavə edib.

"Prezident (ABŞ dövlət başçısı Donald Tramp) bizim ixtiyarımızda olan bütün mövcud istifadə etmək niyyətindədir ki, iranlılarda silahların adi silahın çox növü olmasın", - Pompeo qeyd edib.

O, vurğulayıb ki, ABŞ ilk növbədə BMT vasitəsi və diplomatiya sahəsində hərəkət etmək niyyətindədir. "Mən əminəm ki, biz buna nail ola biləcəyik. Söhbət sazişə qayıtmaqdan getmir. Bizim belə niyyətimiz yoxdur", - dövlət katibi qeyd edib.

Son xəbərlər

Orphus sistemi