Bakı. 1 dekabr. REPORT.AZ/ Polşada güclü qar nəticəsində 300 minə yaxın sakin elektrik enerjisindən məhrum olub.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hökumətin təhlükəsizlik mərkəzinin direktoru Marek Kubyak "Twitter" səhifəsində yazıb.
Ötən gün ölkə paytaxtı Varşavaya 24 saat fasiləsiz olaraq qar yağıb.
Direktor qeyd edib ki, təbii hadisə nəticəsində 292 min nəfər elektrik enerjisindən məhrum olub.
Meteoroloqların proqnozuna görə, dekabrın 1-də Polşada bəzi yerlədə qar və sulu qar yağacaq.