Polşanın XİN başçısı Almaniya kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Polşanın XİN başçısı Almaniya kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniya kansleri Olaf Şoltsu vizaların verilməsində mümkün pozuntularla bağlı yaranmış qalmaqala görə Varşavanı tənqid etdiyi üçün respublikanın daxili işlərinə qarışmaqda ittiham edib.
Digər ölkələr
25 Sentyabr , 2023 03:46
Polşanın XİN başçısı Almaniya kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniya kansleri Olaf Şoltsu vizaların verilməsində mümkün pozuntularla bağlı yaranmış qalmaqala görə Varşavanı tənqid etdiyi üçün respublikanın daxili işlərinə qarışmaqda ittiham edib.

“Report” xəbər verir ki, bu barədə Polşa diplomatiyasının rəhbəri sosial şəbəkədə yazıb.

“Almaniya kansleri Olaf Şoltsun son bəyanatı Polşa ilə mehriban qonşuluq və dostluq əməkdaşlığının əsasını təşkil edən və Almaniya hökuməti tərəfindən 1991-ci ildə Varşava ilə bağlanmış müqavilədə elan edilmiş dövlətlərin suveren bərabərliyi prinsiplərini pozur. Almaniya kanslerinin səlahiyyətinə Polşada davam edən məhkəmə prosesinin açıq-aydın aidiyyəti yoxdur”, - Rau qeyd edib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Şoltsun ​​bəyanatları “Polşa dövlətinin daxili işlərinə və Polşada keçirilən seçki kampaniyasına müdaxilə cəhdini göstərir”.

“Yaxşı ikitərəfli münasibətlər naminə mən Almaniya kanslerini Polşanın suverenliyinə hörmət etməyə və münasibətlərimizə xələl gətirən bəyanatlardan çəkinməyə çağırıram”, - Rau əlavə edib.

Xatırladaq ki, daha öncə Şolts qanunsuz miqrantların sayının kəskin artması səbəbindən Almaniyanın xüsusən də Polşa ilə sərhədlərində nəzarətin gücləndirilməsini mümkün sayıb. Almaniya hökumətinin başçısı həmçinin qonşu Polşada vizaların verilməsi zamanı mümkün pozuntulara aydınlıq gətirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi