Polşanın baş naziri Rusiyaya səfərini təxirə saldı

Polşanın baş naziri Rusiyaya səfərini təxirə saldı Polşanın hökumət başçısı Mateuş Moraveskinin rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 10-da Rusiyanın Smolensk vilayətinin Katın kəndinə planlaşdırılan səfəri koronavirusa görə təxirə salınıb.
Digər ölkələr
3 Aprel , 2020 11:10
Polşanın baş naziri Rusiyaya səfərini təxirə saldı

Polşanın hökumət başçısı Mateuş Moraveskinin rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 10-da Rusiyanın Smolensk vilayətinin Katın kəndinə planlaşdırılan səfəri koronavirusa görə təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Polşa Baş naziri Administrasiyasının başçısı Mixail Dvorçik bildirib.

Onun sözlərinə görə, səfər tarixinin dəyişdirilməsi ilə bağlı aprelin 3-də qərar qəbul olunub.

Bildirilib ki, bir müddət əvvəl Polşanın baş naziri Mateuş Moraveskinin başçılığı ilə hökumət üzvləri və deputatlardan ibarət nümayəndə heyətinin Smolensk və Katına səfər edəcəyi planlaşdırılırdı.

Qeyd edək ki, 2010-cu ilin aprelin 10-da Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.

Lex Kaçinski 1940-cı ilin yazında polşalı zabitlərin güllələndiyi Smolensk vilayətinin Katın kəndindəki anım tədbirlərində iştirak etməli imiş. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də tədbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi.

Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: “Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb”.

Qeyri-rəsmi mənbələr qəzadakı müəmmalı məsələlərə də diqqəti çəkib. Bildirilib ki,təyyarə qəzası baş verdikdən sonra "Youtube" sosial şəbəkəsində bir video peyda olub. Bu videoda Lex Kaçinskinin olduğu güman olunan təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir.

Son xəbərlər

Orphus sistemi