Polşanın baş naziri: “Brüssel yüksək qaz qiymətlərinə görə məsuliyyət daşıyır”

Polşanın baş naziri: “Brüssel yüksək qaz qiymətlərinə görə məsuliyyət daşıyır” “Avropada qaz və enerji qiymətlərinin yüksək olmasına görə qismən Avropa İttifaqı məsuliyyət daşıyır”.
Digər ölkələr
30 Dekabr , 2021 21:34
Polşanın baş naziri: “Brüssel yüksək qaz qiymətlərinə görə məsuliyyət daşıyır”

“Avropada qaz və enerji qiymətlərinin yüksək olmasına görə qismən Avropa İttifaqı məsuliyyət daşıyır”.

“Report” xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.

Onun sözlərinə görə, Rusiya ilə yanaşı Brüssel də çox yüksək enerji və qaz qiymətlərinə görə məsuliyyət daşıyır:

““Şimal axını 2” qaz kəməri qaz şantaj elementidir. Biz Avropada, bütün Avropa İttifaqında bu cür şantajlara aydın şəkildə cavab verməliyik. Qısa müddətdə güclü siyasətlə, eləcə də uzunmüddətli perspektivdə qaz və enerji infrastrukturunun inkişafı ilə cavab verməlidir”.

Son xəbərlər

Orphus sistemi