Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum edilməsi proseduru təsdiqlənib

Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum edilməsi proseduru təsdiqlənib Avropa Parlamentinin deputatlar səs çoxluğu ilə Polşaya qarşı sanksiyalar prosedurunun başladılmasına səs veriblər
Digər ölkələr
1 Mart , 2018 17:19
Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum edilməsi proseduru təsdiqlənib

Bakı. 1 mart. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Brüsseldə keçirilən plenar iclasda səs çoxluğu ilə Avropa Komissiyasının Polşaya qarşı sanksiyalar prosedurunu başlatmaq qərarını dəstəkləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu addım Polşa rəhbərliyinin məhkəmə islahatları nəticəsində demokratik normalardan yayınmasına görə atılıb.

Avropa Komissiyasının 20 dekabr 2017-ci il tarixli qərarını 422 deputat dəstəkləyib, 147 nəfər bunun əleyhinə səs verib, 48 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, burada söhbət Avropa İttifaqı barədə sazişin 7-ci maddəsinin tətbiq olunmasından gedir və bu, birliyin digər üzv ölkələrinin qərarı təsdiq edəcəyi təqdirdə Polşanın Avropa İttifaqı Şurasında səs hüququndan məhrum olacağı anlamına gəlir.

Son xəbərlər

Orphus sistemi