Yuxarı
    Bağlamaq

    Polşada XIII əsrə aid kilsədə baş verən yanğın iki gündür davam edir

    Yanğını söndürmək mümkün deyil

    Bakı. 2 iyul. REPORT.AZ/ Polşada şənbə günü XIII əsrə aid kilsədə baş verən yanğını bu günə qədər söndürmək mümkün olmayıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, yanğın Polşanın qərbində yerləşən Qojuv-Velkopolski şəhərində qeydə alınıb.

    Yanğının söndürülməsinə təqribən 30 yanğınsöndürən dəstə və xüsusi texnika cəlb olunub. Onlar yanğının mənbəyini tapsalar da, binanın daxilindəki temperatur alovu tam olaraq söndürməyə imkan vermir.

    Kilsə XIII əsrə aid memarlıq abidəsidir və şəhərin rəmzlərindən biridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi