Polşada Ukrayna turistlərini gəzdirən avtobus aşıb

Polşada Ukrayna turistlərini gəzdirən avtobus aşıb Bakı. 18 avqust. REPORT.AZ/ Polşada Ukrayna turistlərini gəzdirən ekskursiya avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.
Digər ölkələr
18 Avqust , 2018 11:56
Polşada Ukrayna turistlərini gəzdirən avtobus aşıb

Bakı. 18 avqust. REPORT.AZ/ Polşada Ukrayna turistlərini gəzdirən ekskursiya avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə TVN24 yanğın xidmətinə istinadən məlumat yayıb.

Telekanal bildirir ki, avtobus Lvovdan olan turistləri daşıyan zaman aşıb.

Məlumata görə, 51 nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi