Yuxarı

​Polşada prezident seçkisinin ilkin rəsmi nəticələri açıqlanıb

Bronislav Komorovski 44,71% səs toplayıb

Bakı. 25 may. REPORT.AZ/ Mayın 24-də Polşada keçirilən prezident seçkisinin ilkin rəsmi nəticələrinə əsasən müxalif "Hüquq və Ədalət" Partiyasının namizədi Anjey Duda qalib gəlib.

"Report" "RİA Novosti" istinadən xəbər verir ki, bu haqda Polşanın Dövlət Seçki Komissyası açıqlama yayıb.

Məlumata əsasən, 51 seçki dairəsindən 20-nin nəticələrinə görə, Anjey Duda səslərin 55,9%-ni qazanıb.

Onun rəqibi Bronislav Komorovski isə 44,71% səs toplayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi