Polşada peyvəndlə bağlı cərimə tətbiq olunacaq

Polşada peyvəndlə bağlı cərimə tətbiq olunacaq Varşava Tibb Universiteti bir qrup tanınmış şəxsi növbəsiz peyvənd etdiyinə görə azı 250 min zlotı (70 min ABŞ dolları) məbləğində cərimə olunacaq.
Digər ölkələr
628
5 Yanvar , 2021 16:54
Polşada peyvəndlə bağlı cərimə tətbiq olunacaq

Varşava Tibb Universiteti bir qrup tanınmış şəxsi növbəsiz peyvənd etdiyinə görə azı 250 min zlotı (70 min ABŞ dolları) məbləğində cərimə olunacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski mətbuat konfransında bildirib.

O, həmin şəxslərin ilk növbədə peyvənd edilən həkimlər kimi qeydiyyatdan keçirildiyini deyib. Nazirin sözlərinə görə, daha sonra universitetə qarşı maliyyənin azaldılması şəklində də cəza tədbiri görülə bilər.

Qeyd edək ki, yanvarın 2-də VTU hospitalında keçmiş baş nazir, Avropa Parlamentinin üzvü Lezşek Miller, tanınmış artistlər Andrzey Severin və qızı Maria Severin, Kristina Yanda, Viktor Zborovski kimi tanınmışlar peyvənd olunub. Nazir A.Nedzelski bu tədbiri tənqid edərək mümkün sui-istifadə halları barədə araşdırma aparılacağını açıqlayıb. Bu hadisə ictimaiyyət tərəfindən də mənfi qarşılanıb.

Polşada 27 dekabr tarixindən başlayan peyvəndləmədə “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanından istifadə olunur. Peyvəndləmə pulsuz və könüllü əsasla aparılır.

Son xəbərlər

Orphus sistemi