Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Polşada növbəti parlament seçkiləri keçirilir.
"Report" xəbər verir ki, ölkənin Dövlət Seçki Komissiyasının rəhbəri Voytsex Qermelinski seçkilərin başlanğıcını uğurlu adlandırıb.
"Bütün məntəqələr vaxtında açılıb. Hələ ki, ciddi insident, yaxud gecikmə barədə informasiya daxil olmayıb. Seçkilər prosesi maneəsiz keçirilir", — deyə Qermelinski bildirib.
Seçki məntəqələrinin yerli vaxtla 21:00-dək açıq olacağı qeyd olunur. Polşalılar Seymin 460 deputatını və Senatın 100 üzvünü seçməlidirlər.