Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib, 1 nəfər ölüb, 8-i yaralanıb

Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib, 1 nəfər ölüb, 8-i yaralanıb 27 yaşlı kişi binaya daxil olaraq qarşısına çıxan hər kəsə bıçaqla zərbələr endirib
Digər ölkələr
20 Oktyabr , 2017 19:27
Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib, 1 nəfər ölüb, 8-i yaralanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Polşada naməlum şəxs bıçaqla kütlənin üzərinə hücum edib. 

"Report" RFM FM radiosuna istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki "VIVO!" Ticarət Mərkəzində qeydə alınıb. 

Təxminən, 27 yaşlı kişi binaya daxil olaraq qarşısına çıxan hər kəsə bıçaqla zərbələr endirib. 

Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi