Polşada mədəndə güclü yeraltı təkan baş verib, ölənlər var

Polşada mədəndə güclü yeraltı təkan baş verib, ölənlər var Polşanın cənubundakı “Zofyuvka” mədənində baş verən güclü yeraltı təkan nəticəsində 4 şaxtaçı həlak olub.
Digər ölkələr
24 Aprel , 2022 22:02
Polşada mədəndə güclü yeraltı təkan baş verib, ölənlər var

Polşanın cənubundakı “Zofyuvka” mədənində baş verən güclü yeraltı təkan nəticəsində 4 şaxtaçı həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Jastszemba Coal Company" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər 6 nəfərin axtarışlarını davam etdirirlər.

"Təhlükəli ərazidə vəziyyət ağırdır. Metan konsentrasiyasının yüksək olması, yüksək temperatur xilasetmə işlərinin intensivliyini azaldır", - şirkətdən bildirilib.

Bundan əvvəl aprelin 20-də Polşanın cənub-qərbindəki "Pniewek" kömür mədənində güclü metan partlayışı baş verib. Nəticədə biri xilasedici olmaqla 5 nəfər həlak olub. 20-yə yaxın mədənçi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi