Polşada infeksiyaya yoluxanların sayı 43 mindən çoxdur

Polşada infeksiyaya yoluxanların sayı 43 mindən çoxdur Polşada koronavirusdan ölənlərin sayı 1 671-ə çatıb.
Digər ölkələr
26 İyul , 2020 14:29
Polşada infeksiyaya yoluxanların sayı 43 mindən çoxdur

Polşada koronavirusdan ölənlərin sayı 1 671-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Polşada son sutkada 443 yoluxma, 7 ölüm faktı qeydə alınıb.

Yoluxanların sayı isə 43 065 olub. İndiyədək 32 733 pasiyent sağalaraq evə buraxılıb.

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayından etibarən xüsusi karantin rejimi tətbiq edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi