Polşada iki qatarın toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb

Polşada iki qatarın toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb ​Polşada iki qatarın toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb
Digər ölkələr
31 Avqust , 2017 06:36
Polşada iki qatarın toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb

Bakı. 31 avqust. REPORT.AZ/ Polşada iki qatarın toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" hakimiyyət orqanlarına istinadən xəbər verib.  

Dəmir yol şirkətinin nümayəndəsi Miroslav Şimeneç bildirib ki, qəza zamanı sərnişin qatarında 200-dən çox adam olub. Qatar Belsko-Bayala istiqamətində hərəkət edirmiş. Qəza zamanı 11 vaqondan 7-i relsdən çıxıb.

Yanğın əleyhinə xidmətin nümayəndəsi Pavel Fraçakanın sözlərinə görə, xəsarət alanlar arasında 4 uşaq da var. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. 

Qəzanın səbəbləri barədə məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi