Polşada dağa qalxan 4 nəfəri ildırım vuraraq öldürüb

Polşada dağa qalxan 4 nəfəri ildırım vuraraq öldürüb Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.
Digər ölkələr
22 Avqust , 2019 23:48
Polşada dağa qalxan 4 nəfəri ildırım vuraraq öldürüb

Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.

“Report” "Polskie Radio"ya istinadən xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü qasırğa başlayıb.

İldırım turistlərin Qevont dağının zirvəsindəki xaça qalxdıqları trosu vurub. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Qeyd olunur ki, yüngül xəsarət almış 89 nəfər Zokopane şəhərindəki xəstəxanaya göndərilib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Əraziyə baş nazir Mateuş Moravetskinin gəlişi gözlənilir.

Orphus sistemi