Yuxarı

Polşada bomba partlayıb, ölən və yaralanan var

Hadisə iki cinayətkar qruplaşmanın qarşıdurması kimi ehtimal edilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Polşada partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Polşa Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Varşavada qeydə alınıb. Belə ki, dördmərtəbəli binanın üçüncü mərtəbəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Polisin verdiyi xəbərdə bildirilir ki, hadisə terror aktı kimi qiymətləndirilmir. "Partlayış hadisəsində terror aktının əlamətləri yoxdur" – deyə Varşava polisinin nümayəndəsi Mariuş Mrozek bildirib.

Telekanal qeyd edib ki, hadisə iki cinayətkar qruplaşmanın qarşıdurması səbəbindən baş verə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi