Varşavada polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB

Varşavada polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB "...qazdan istifadə edirlər, döyürlər"
Digər ölkələr
17 Dekabr , 2016 06:10
Varşavada polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB

Bakı. 17 dekabr. REPORT.AZ/ Polşa polisi paytaxt Varşavada parlament binasını mühasirəyə almış aksiya zamanı etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

"Report"un məlumatına görə, bu barədə "Wyborcza" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq etməklə yanaşı etirazçılara qarşı kifayət qədər aqressiv davranıblar.

"...(Polislər) qazdan istifadə edirlər, döyürlər. Dinc aksiyaçıları itələyirlər" – bu sözləri isə Polşanın Demokratiyanı Müdafiə Komitəsinin üzvü Tvitterdə yazıb. 


*** 04:55

Polşada aksiyaçılar parlament binasının girişini bağlayıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis ölkə paytaxtında aksiya keçirən minlərlə insanı ərazidən kənarlaşdırmağa müvəffəq olsa da, aksiyaya yeni insanlar qoşulub.

"Associated Press"in məlumatına görə isə, aksiyaçılar ölkədə yeni qəbul edilən qanunun kütləvi informasiya vasitələrinin azadlığını məhdudlaşdırmasına etiraz edirlər. Layihəni Polşanın hakim mühafizəkar "Qanun və ədalət" partiyası irəli sürüb.

Paytaxt Varşava şəhərinin sakinləri ölkənin bayraqlarıyla küçələrə çıxaraq müstəqil mediaya dəstək şüarları səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi