Polşa xüsusi xidmət orqanları belaruslu diplomata ev və pul təklif edib

Polşa xüsusi xidmət orqanları belaruslu diplomata ev və pul təklif edib Polşa xüsusi xidmət orqanlarının əməkdaşları Belarusun diplomatını və hərbçisini öz tərəflərinə çəkməyə cəhd edib.
Digər ölkələr
27 dekabr 2020 22:55
Polşa xüsusi xidmət orqanları belaruslu diplomata ev və pul təklif edib

Polşa xüsusi xidmət orqanlarının əməkdaşları Belarusun diplomatını və hərbçisini öz tərəflərinə çəkməyə cəhd edib.

“Report”un məlumatına görə, bunu “Belarus 1” dövlət televiziya kanalı xəbər verib.

Qeyd olunub ki, noyabr-dekabr aylarında hərbi əks-kəşfiyyat zabitləri şantaj, rüşvət və təhdidlərdən istifadə edərək hərbi attaşenin köməkçisini öz tərəflərinə çəkməyə cəhd ediblər:

“Əvəzində, pul, daşınmaz əmlak, Avropa ölkələrinin birində yeni həyat söz veriblər. Lakin, bizim hərbçimiz buna razılıq vermədiyi üçün Varşavadan qovuldu”.

Televiziya kanalı bildirib ki, Polşada dil kursları keçən daha bir zabitə eyni təkliflər edilib. Hərbçi bu barədə Minskə məlumat verib.

Son xəbərlər

Orphus sistemi