Polşa və Macarıstan Aİ-nin qaz istehlakını azaltmaq təklifini dəstəkləməyib

Polşa və Macarıstan Aİ-nin qaz istehlakını azaltmaq təklifini dəstəkləməyib Polşa və Macarıstan Avropa Komissiyasının enerji böhranı fonunda qışda qaz istehlakını 15% azaltmaq təklifini dəstəkləməkdən imtina ediblər.
Digər ölkələr
7 Avqust , 2022 17:41
Polşa və Macarıstan Aİ-nin qaz istehlakını azaltmaq təklifini dəstəkləməyib

Polşa və Macarıstan Avropa Komissiyasının enerji böhranı fonunda qışda qaz istehlakını 15% azaltmaq təklifini dəstəkləməkdən imtina ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Rusiyadan qaz almaq üçün danışıqlar aparan Macarıstan keçən həftə razılaşmaya qarşı çıxan, ölkənin milli enerji balansına və enerji təhlükəsizliyinə təsir edən Avropa İttifaqı qaydalarının legitimliyini şübhə altına alan yeganə ölkə olub.

Polşa da keçən həftə sazişi dəstəkləməsinə baxmayaraq, Avropa Komissiyasının təşəbbüsünə qarşı çıxıb. Polşa qanunun hüquqi əsasını “qüsurlu” adlandırıb və bildirib ki, üzv ölkələrin enerji balansına təsir edəcək qərarlar bütün ölkələrin yekdilliklə təsdiqi ilə qəbul edilməlidir.

Son xəbərlər

Orphus sistemi