Polşa və Baltikyanı ölkələrin XİN rəhbərləri Belarusu yeni sanksiya ilə hədələyiblər

Polşa və Baltikyanı ölkələrin XİN rəhbərləri Belarusu yeni sanksiya ilə hədələyiblər Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri Belarus Prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüququn pozulmasına görə yeni sanksiyalarla hədələyiblər.
Digər ölkələr
10 avqust 2023 00:21
Polşa və Baltikyanı ölkələrin XİN rəhbərləri Belarusu yeni sanksiya ilə hədələyiblər

Estoniya, Latviya, Litva və Polşanın xarici işlər nazirləri Belarus Prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq hüququn pozulmasına görə yeni sanksiyalarla hədələyiblər.

"Report" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Polşa Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

Diplomatlar qeyd ediblər ki, Belarusun hərbi cinayətlərə və təcavüzə şərik olması regionda sabitliyin pozulmasına gətirib çıxarıb.

XİN başçıları 2022-ci ilin fevral ayından etibarən Lukaşenkonun Ukraynaya qarşı müharibədə Rusiyanı birbaşa dəstəklədiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi