Polşa və Amerika əsgərləri Polşanın cənub-şərqində təlimlər keçirir

Polşa və Amerika əsgərləri Polşanın cənub-şərqində təlimlər keçirir Polşa və ABŞ-ın hərbi qulluqçuları respublikanın cənub-şərqində birgə təlimlər keçirir.
Digər ölkələr
21 fevral 2022 01:49
Polşa və Amerika əsgərləri Polşanın cənub-şərqində təlimlər keçirir

Polşa və ABŞ-ın hərbi qulluqçuları respublikanın cənub-şərqində birgə təlimlər keçirir.

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak tvitter səhifəsində məlumat verib.

“Həftə sonu 18-ci Mexanikləşdirilmiş Diviziyanın əsgərləri Polşanın cənub-şərqində ABŞ-ın 82-ci Hava Desant Diviziyasının əsgərləri ilə birgə təlimlərə başlayıb. Biz NATO-nun şərq cinahında təhlükəsizliyi ardıcıl olaraq gücləndiririk”, - nazir yazıb.

Təlimlərin təfərrüatları barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi