Bakı. 15 İyun. REPORT.AZ/ Polşa hökuməti Birləşmiş Ştatlarla öz ərazisində Amerika silahlarının daimi yerləşdirilməsilə bağlı müzakirələr apardığını açıqlayıb. Silahların yerləşdirilməsi Birləşmiş Ştatların Şərqi Avropa və Baltikyanı ölkələrin Rusiyanın mümkün təcavüzündən müdafiə edilməsi məqsədli planının tərkib hissəsidir.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Polşanın
"Bu, ABŞ-ın Polşada və regionda mövcudluğunun artırılması iistiqamətində daha bir addımdır"- deyə Polşa Müdafiə nazirliyi bildirib.
Plan ABŞ-ın Müdafiə naziri Eşton Karter və ABŞ prezidenti Barak Obama tərəfidən təsdiq edilsə, Birləşmiş Ştatlar Bolqarıstan, Estoniiya, Latviya, Litva, Rumıniya, Polşa və Macarıstanda döyüş avadanlığı və 5 min nəfərdən ibarət əsgəri yerləşdirə bilər.