Yuxarı

Polşa seçkiləri: Mühafizəkarların hakimiyyətə qayıtmaq ümidi artır

Jaroslaw Kaczynski-nin rəhbərlik etdiyi Qanun və Ədalət Partiyası səslərin 39.1 faizini toplaya bilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Polşada bazar günü keçirilən parlament seçkilərində mühafizəkarlar zəfərə yaxındır.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "exit-poll" nəticələrinə əsasən, Jaroslaw Kaczynski-nin rəhbərlik etdiyi "Qanun və Ədalət" Partiyası səslərin 39.1 faizini toplayaraq, Baş nazir Ewa Kopacz-ın "Vətəndaş Platforması" Partiyasını (23.4 faiz) xeyli qabaqlayır.

Qeyd edək ki, "Qanun və Ədalət" Partiyasının namizədi Andrzej Duda may ayında keçirilmiş prezident seçkisində qalib gəlmişdi.

Sorğulara əsasən, polşalıların çoxu yoxsulluq şəraitindən narazıdır, onlar mənfəətin ölkədə qeyri-bərabər tərzdə paylandığnı düşünürlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi