Polşa Rusiya ilə Kalininqrad sərhədində nəzarət qüllələri tikir

Polşa Rusiya ilə Kalininqrad sərhədində nəzarət qüllələri tikir Qüllələr iyunun sonunadək istifadəyə veriləcək
Digər ölkələr
7 Aprel , 2015 02:01
Polşa Rusiya ilə Kalininqrad sərhədində nəzarət qüllələri tikir

Bakı. 7 aprel. REPORT.AZ/ Polşa Rusiyaya məxsus Kalininqrad bölgəsi ilə sərhəddə müşahidə qüllələrinin tikintisinə başlayıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, hər birinin hündürlüyü 50 metr olacaq 6 qüllədən alınan videogörüntülər Polşanın sərhəd qoşunları komandanlığına ötürüləcək.

200 kilometrlik sərhəd xətti boyunca düzüləcək qüllələrin ümumi dəyəri 3, 8 milyon dollar olacaq.

Bu vəsaitin 75 faizi Avropa İttifaqının sərhəd fondundan ayrılıb.

Xəbər verilir ki, qüllələrin tikintisi Rusiyanın Kalininqradda raketlər yerləşdirməsi ilə bağlı məlumatlara görə başlanıb.

Polşa sərhəd qoşunları bildirir ki, hazırda qüllələrdə texniki qurğuların sınağı keçirilir.

Qüllələr iyunun sonunadək istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi