Polşa mühacir kvotasını azalda bilər

Polşa mühacir kvotasını azalda bilər Yeni Baş nazir Paris hadisələrindən sonra vəziyyətin dəyişdiyini bildirib
Digər ölkələr
24 Noyabr , 2015 00:19
Polşa mühacir kvotasını azalda bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Polşada yeni hökuməti bu gün bəyan edib ki, Parisdəki terror hücumları mühacirlərin sayı ilə bağlı Avropa Birliyi ilə əldə edilmiş razılaşmaya yenidən baxılmasını tələb edir.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, yeni Baş nazir Beata Szydlo jurnalistlərə açıqlamasında Paris hadisələrindən sonra vəziyyətin dəyişdiyini bildirib. O, bildirib ki, buna görə Polşa bu planı qəbul etməyə hazır deyil.

Daxili işlər naziri Mariusz Błaszczak isə müsahibəsində əvvəlki hökumətin 7 min mühacir qəbul etmək qərarını səhv adlandırıb və qeyd edib ki, Polşa yaxın vaxtlarda sərhədlərini möhkəmləndirəcək.

Son bir neçə ayda Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya 800 mindən çox mühacir keçib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan bu insanlar Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçmək istəyir.

Son xəbərlər

Orphus sistemi