Polşa Brüsseldəki hadisələrdən sonra ölkəyə miqrant qəbulunu dayandırıb

Polşa Brüsseldəki hadisələrdən sonra ölkəyə miqrant qəbulunu dayandırıb Bunu ölkənin baş naziri Bita Szidlo bəyan edib
Digər ölkələr
23 Mart , 2016 16:31
Polşa Brüsseldəki hadisələrdən sonra ölkəyə miqrant qəbulunu dayandırıb

Bakı. 23 mart. REPORT.AZ/ Polşa Brüsseldə baş verən məlum hadisələrdən sonra ölkəyə miqrant qəbul etməyəcəyini açıqlayıb. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Bita Szidlo bəyan edib.

O, açıqlamasında ölkəsinin bu an üçün miqrantları qəbul etməyəcəyini bildirib: "Baxmayaraq ki, Avropa İttifaqına daxil olan 28 ölkə miqrant qəbul etmək məsələsində razılığa gəlib, lakin hazırda qaçqınların Polşaya daxil olmasına icazə verməyin mümkün olmadığını hesab edirəm". 

Qeyd edək ki, martın 22-də Brüsseldə törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 250 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi