Politoloq: "Taliban" üçün beynəlxalq səviyyədə tanınma vacibdir"

Politoloq: "Taliban" üçün beynəlxalq səviyyədə tanınma vacibdir" "Hökumət qüvvələri ilə sürətlə irəliləyən “Taliban” arasında mübarizənin taleyi əvvəlcədən həll olunmuşdu. ABŞ Əfqanıstana “pis miras” qoyub getdi. Molla Ömər hakimiyyətini devirib ölkəyə qoşun yeritdikdən sonra taleyüklü səhv edən amerikalılar heç bir no
Digər ölkələr
18 Avqust , 2021 16:09
Politoloq: Taliban üçün beynəlxalq səviyyədə tanınma vacibdir
Tofiq Abbasov

"Hökumət qüvvələri ilə sürətlə irəliləyən “Taliban” arasında mübarizənin taleyi əvvəlcədən həll olunmuşdu. ABŞ Əfqanıstana “pis miras” qoyub getdi. Molla Ömər hakimiyyətini devirib ölkəyə qoşun yeritdikdən sonra taleyüklü səhv edən amerikalılar heç bir normal vəzifəni yerinə yetirmədilər, çünki onların gündəliyində heç nə yox idi”.

Bunu “Report”a politoloq Tofiq Abbasov radikal “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsini şərh edərkən bildirib.

T.Abbasov hesab edir ki, İraq süjeti Əfqanıstanda da təkrarlandı. Çünki ölkədə normal mühiti təmin etmək üçün ordu deyil, siyasi institutlar, vətəndaş cəmiyyəti yaradılmalı və qadınlar bu proseslərə cəlb edilməli idi:

“Güman edilirdi ki, “talibançılar” hakimiyyəti ələ keçirdikdən sonra xeyli qan axıdılacaq, “talibançılar” şəhər və kəndlərin küçələrində baş kəsməklə məşğul olacaqlar. Hər şey daha asan oldu. “Talibançılar” ölkənin bir çox vilayətlərində hakimiyyəti ələ keçirdikdən sonra bir güllə belə atmadan paytaxt Kabilə daxil oldular. İndi beynəlxalq ictimaiyyət düşünür – görəsən, bundan sonra nə baş verəcək?”

T.Abbasovun fikrincə, dünya “talibançılar”ın yeni üzünü görəcək. 20 il ərzində “talibançılar” dəyişiblər. “Taliban” nümayəndələrinin Doha, Moskva, Tehran və digər şəhərlərdə apardıqları danışıqlar zamanı da bunu sezmək olardı.

“Taliban” özü dəyişib. O, liberal dəyərlərin nə olduğunu başa düşür. Təşkilat öz simasını nəcibləşdirmək və beynəlxalq şəkildə tanınmaq üçün beynəlxalq ictimaiyyətin fikrini nəzərə alacaq. Onlar əsas prioritetləri artıq açıqlayıblar. Söhbət sülhün və hamının, o cümlədən xarici diplomatların təhlükəsizliyinin təmin edilməsindən gedir. Onlar amerikalılardan intiqam almamağa, qadınların bütün hüquqlarını təmin etməyə və s. söz veriblər. Hazırda “Taliban"a rəhbərlik edən uzaqgörən insanlar tezliklə terrorçuların və onların rəhbərlərinin qol-qanadını qıracaqlar, çünki "Taliban" üçün beynəlxalq tanınma vacibdir”, - ekspert bildirib və əlavə edib ki, bunun üçün ilk növbədə “Talibandaxili konsensusa”, daha sonra isə “Əfqanıstandaxili dialoqa” nail olmaq lazımdır.

Azərbaycan sülhməramlılarının Əfqanıstandakı missiyası haqqında danışarkən politoloq qeyd edib ki, orada olduqları müddət ərzində Azərbaycan sülhməramlıları ilə bağlı heç bir asayiş pozuntusu, münaqişə və ya insident baş verməyib. Onlar öz missiyalarını çox keyfiyyətli şəkildə, vicdanla həyata keçirirlər. Buna görə də əfqan xalqının hörmətini qazanıblar. Bu səbəbdən kontingentin çıxarılması təcili və ya qısa müddətdə olmayacaq.

“Əksinə, bizim Əfqanıstanla bölüşdürə bilmədiyimiz heç nə yoxdur. Biz bu ölkə ilə əməkdaşlıq etməyə hazırıq. Siyasi rəhbərliyimiz bu məsələdə tələsməyəcək, Əfqanıstan rəhbərliyinin cavabını gözləyəcək. Əfqan tərəfi Azərbaycan sülhməramlılarının öz missiyasını davam etdirməsini istəsə, düşünürəm ki, onlar orada qalacaqlar”, - ekspert bildirib və onların gələcəyinin ikitərəfli müzakirələrin mövzusu olacağını deyib.

Son xəbərlər

Orphus sistemi