Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır

Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır Bakı. 2 fevral. REPORT.AZ/ Fransada polisin “sarı jiletlilər”ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.
Digər ölkələr
2 Fevral , 2019 14:45
Fransada polisin “sarı jiletlilər”ə qarşı ifrat güc tətbiqi halları araşdırılır

Bakı. 2 fevral. REPORT.AZ/ Fransada polisin “sarı jiletlilər”ə qarşı ehtimal olunan ifrat güc tətbiqi halları ilə bağlı 116 cinayət işi açılıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, işlərin azı 36-sı polisin rezin güllə və qumbara atan xüsusi LBD cihazlarından istifadə etməsi, bir neçəsi də nümayişçilərə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 26-da Parisin Bastili meydanında baş verən polislə qarşıdurma zamanı “sarı jiletlilər”in qeyri-rəsmi lideri Erik Druenin silahdaşlarından olan Jerom Rodriges baş nahiyəsindən xəsarət almışdı. 

Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes isə asayiş keşikçilərinə dair hüquq müdafiəçilərinin tənqidlərini şərh edərkən bildirib: “Polis etirazçılara hücum etməz, əksinə, onları qoruyar, radikalların törətdiyi zorakılığa son qoymaq üçün əlindən gələni edər”.

Qeyd edək ki, bu gün Fransanın bir çox iri şəhərlərində “sarı jiletlilər” daha əvvəl polislə toqquşmalarda zərər çəkənlərlə həmrəylik yürüşləri keçirməyi nəzərdə tuturlar.

Son xəbərlər

Orphus sistemi