Tokioda polis ədliyyə nazirinin keçmiş müavini, hakim partiyadan olan hazırkı deputat Mito Kakizavanın evinə və ofisinə basqın edib.
"Report" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Qeyd edilib ki, o Koto rayonunun deputatlarına rüşvət verməkdə şübhəli bilinir, namizədini dəstəkləmək üçün onların hər birinə 200 min yen (1,3 min dollar) verdiyi iddia edilir.
Lakin onun dəstəklədiyi şəxs sonradan ödənişli reklamdan qeyri-qanuni istifadə etdiyi üçün vəzifəsindən istefa verib. Məlum olub ki, onu qanunu pozmağa inandıran keçmiş nazir müavini olub.
Kakizava Liberal Demokrat Partiyasından istefa məktubu yazıb: bu yaxınlarda hökumətin dörd üzvü korrupsiya qalmaqallarına görə postlarını tərk edib və partiyanın reytinqi 22-23 faizə düşüb.