Polis Paris aeroportunda hərbçiyə hücum edən şəxsin atasını və qardaşını saxlayıb

Polis Paris aeroportunda hərbçiyə hücum edən şəxsin atasını və qardaşını saxlayıb Hücumla bağlı istintaqı Fransa prokurorluğunun antiterror bölməsi aparır
Digər ölkələr
18 Mart , 2017 17:35
Polis Paris aeroportunda hərbçiyə hücum edən şəxsin atasını və qardaşını saxlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Fransa polisi Parisin Orli aeroportunda hərbçi patrula hücum edən şəxsin atasını və qardaşını saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" öz mənbəyinə istinadən məlumat verib.

Hücumla bağlı istintaqı Fransa prokurorluğunun antiterror bölməsi aparır.

Xatırladaq ki, martın 18-i səhər saatlarında naməlum kişi Parisin Orli hava limanında hərbi patrula hücum edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, heç kim xəsarət almayıb. Aeroport evakuasiya edilib, reyslər başqa hava limanına köçürülüb.

Son xəbərlər

Orphus sistemi