Polis Los-Ancelesdə Çin konsulluğuna atəş açan şəxsin kimliyini müəyyənləşdirib

Polis Los-Ancelesdə Çin konsulluğuna atəş açan şəxsin kimliyini müəyyənləşdirib Polisin nümayəndəsi Mayk Lopesin sözlərinə görə, Çin vətəndaşı konsulluğun binasına bir neçə dəfə atəş açıb
Digər ölkələr
2 Avqust , 2017 08:58
Polis Los-Ancelesdə Çin konsulluğuna atəş açan şəxsin kimliyini müəyyənləşdirib

Bakı. 2 avqust. REPORT.AZ/ Los-Ancelesdə Çin konsulluğuna atəş açan şəxs Çin vətəndaşı olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.

Şəhər polisinin nümayəndəsi Mayk Lopesin sözlərinə görə, Çin vətəndaşı konsulluğun binasına bir neçə dəfə atəş açıb. O, həmçinin həmin şəxsin binanın yaxınlığında, öz avtomobilində intihar etdiyini də təsdiqləyib.

Qeyd edək ki, naməlum şəxsin Çin Xalq Respublikasının Los-Ancelesdəki (Kaliforniya ştatı) konsulluğunun binasına atəş açdığı xəbər verilirdi. Hücum edən şəxs təxminən 60 yaşında olub.

İnsident zamanı konsulluğun əməkdaşları və ya ətrafdakı şəxslər arasında xəsarət alan olmayıb. 

Son xəbərlər

Orphus sistemi