Polis Kapitoli ərazisinə silah gətirən mikroavtobus sürücüsünü həbs edib

Polis Kapitoli ərazisinə silah gətirən mikroavtobus sürücüsünü həbs edib ABŞ-da polis Kapitoli ərazisində qanunsuz park edilmiş şübhəli nəqliyyat vasitəsində axtarış aparıb və sürücünü silah gəzdirdiyinə görə həbs edib.
Digər ölkələr
20 oktyabr 2022 03:07
Polis Kapitoli ərazisinə silah gətirən mikroavtobus sürücüsünü həbs edib

ABŞ-da polis Kapitoli ərazisində qanunsuz park edilmiş şübhəli nəqliyyat vasitəsində axtarış aparıb və sürücünü silah gəzdirdiyinə görə həbs edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, axtarış zamanı ağ mikroavtobusda iki tapança və ov tüfəngi aşkar edilib.

Bundan başqa, sürücü ilə birlikdə mikroavtobusda olan bir kişi və bir qadın saxlanılıb.

Saxlanılan şəxslər ABŞ Ali Məhkəməsinə sənəd təqdim etmək üçün gəldiklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi