Polis "Facebook"un Kaliforniyadakı kampusu ərazisində bomba tapmayıb - VİDEO - YENİLƏNİB

Polis "Facebook"un Kaliforniyadakı kampusu ərazisində bomba tapmayıb - VİDEO - YENİLƏNİB Bakı. 12 dekabr. REPORT.AZ/ Facebook şirkətinin ABŞ-ın Kalifoniya ştatının Menlo Park şəhərində yerləşən binası heç bir təhlükə altında deyil.
Digər ölkələr
12 Dekabr , 2018 12:04
Polis Facebookun Kaliforniyadakı kampusu ərazisində bomba tapmayıb - VİDEO - YENİLƏNİB

Bakı. 12 dekabr. REPORT.AZ/ "Facebook" şirkətinin ABŞ-ın Kalifoniya ştatının Menlo Park şəhərində yerləşən binası heç bir təhlükə altında deyil.

"Reprot" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə partlayıcı qurğular üzrə mütəxəssislər çoxsaatlıq yoxlamadan sonra bildiriblər.

"Partlayıcı qurğular üzrə mütəxəssislər xüsusi təlim keçmiş itlərlə binada yoxlama aparıblar. Amma binada heç bir partlayıcı qurğu aşkar edilməyib", - Menlo Park polisinin nümayəndəsi söyləyib.


***08:29

"Facebook" şirkətinin ABŞ-ın Kalifoniya ştatının Menlo-Park şəhərində yerləşən binalarından birində insanlar təxliyyə olunublar.

"Report" "NBC Bay Area"ya istinadən xəbər verir ki, binada partlayıcı qurğunun olması barədə məlumat Nyu-Yorkun polis departamentinə daxil olub. Onlar da öz növbələrində şəhərin polis nümayəndələrini xəbərdar ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və istehkamçılar cəlb olunub.

Şirkət nümayəndəsinin "Reuters"ə bildirdiyinə görə, əməkdaşlar bir neçə binadan təxliyyə olunublar və hazırda təhlükəsiz yerdədirlər. Təhlükə barədə məlumat yoxlanılır.

Son xəbərlər

Orphus sistemi